2016-cı ildə yayımlanan "Kurtlar Vadisi" serialında Polat Alemdar obrazını canlandıran Necati Şaşmazın yeni fotosu yayılıb.
Axşam.az xəbər verir ki, onun şəkli sosial şəbəkədə paylaşılıb və yüzlərlə şərh yazılıb.
Uzun müddətdir heç bir layihədə yer almayan Necatinin saçları tamam ağarıb. Onun bu görünüşnə də təriflər yazılıb.
Qeyd edək ki, Necati Şaşmaz bir müddət əvvəl “Kurtlar Vadisi” üçün hazırlıq mərhələsində olduqlarını və yenidən ekranlara dönəcəklərini bildirib.
