Metyunun qətlində əli olan daha bir şəxs etiraf edib

Metyunun qətlində əli olan daha bir şəxs etiraf edib
803 dəfə oxunub
  • A-
  • A
  • A+

Metyu Perrinin ölümü ilə bağlı vəziyyət şübhəli olduğu üçün polis bir neçə ay əvvəl istintaqı yenidən başladıb.

Axşam.az xəbər verir ki, aktyorun ölümündə bütöv bir cinayətkar qrup, o cümlədən şəxsi köməkçisi iştirak edib. Bir sıra sorğu-suallardan sonra “Dostlar” ulduzuna ketamin resepti yazan həkim də günahını etiraf edib.

"Daily Mail" yazır ki, 54 yaşlı Mark Çaves Perrinin zəifliyindən qazanc əldə etmək üçün istifadə edənlərin hamısının şəriki olub. Kişi günahını etiraf edib və istintaqla əməkdaşlığa razılaşıb, lakin bu, çətin ki, onu cəzadan xilas etsin. Onu 10 ilə qədər həbs gözləyir.

Bununla belə, əsas günahkar Perrinin köməkçisi Kennet İvamasa olaraq qalır və o, ketamin əldə edib ona iynə vurur. Təkcə son həftədə o, Metyuya ölümündən bir neçə saat əvvəl 21 iynə vurub.