Aqil M. Quliyev ilk dəfə açıqladı - Fotolar

Aqil M. Quliyev ilk dəfə açıqladı - Fotolar
2502 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Aqil M.Quliyev ilk dəfə illər əvvəl lentə aldığı və mərhum Xalq artisti Amaliya Pənahovanın çəkildiyi sonuncu film olan "Şaman"ın aqibətindən danışıb. 

Bu haqda Axşam.az-a açıqlama verən rejissor filmin təqdimatının gecikmə səbəbindən danışıb:

"Tamaşaçı indi başa düşür ki, Turan, qədim türk fəlsəfəsi, mifologiyası nədir. Son 2-3 ildir ki, auditoriyamızda buna maraq yaranıb və məlumat əldə edilib. 13 il əvvəl bunu edəndə hər bir aktyora sıfırdan qədim türk mifologiyasının qəhrəmanları kimdir izah etdim. Məhsulu gərək o zaman çıxarasan ki, bazar ona hazırdır. Filmin montaj və səsləndirməsi qalıb. Orada bir çox mərhum Xalq artistimizin gözəl obrazları var". 

A.M.Quliyev bildirib ki, film gələn il işıq üzü görəcək.