Türkiyəli aktrisa Pınar Dənizin ana olacağı iddia edilib.
Axşam.az xəbər verir ki, aktyor Kaan Yıldırımla sevgili olan aktrisanın bu səbəbdən sentyabrda nikah masasına əyləşəcəyi bildirilib.
Cütlük məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, Kaan son olaraq "Kopuk", Pınar isə "Yarqı" serialında rol alıb.