Xəbər verdiyimiz kimi, türkiyəli iş adamı Acun Ilıcalı dördüncü dəfə ailə həyatı quracaq.
Axşam.az xəbər verir ki, 55 yaşlı Ilıcalı özündən 30 yaş kiçik sevgilisi Ayça Çağla Altunkaya ilə nikah masasına əyləşəcək.
Cütlüyün artıq toy dəvətnaməsinin fotosu da sosial şəbəkədə yayılıb.
Onlar sentyabrın 4-də İstanbuldakı "Esma Sultan Yalısı"nda toy edəcəklər.
Dəvətnamədə qonaqların məclisdən görüntüləri paylaşmaması ilə bağlı xahiş də yer alıb.
Qeyd edək ki, 3 dəfə ailəli olan Acunun müxtəlif evliliklərindən 4 qız övladı var.
