“Hörümçək adam”ın eks-xanımı milyarderə ərə gedir

“Hörümçək adam”ın eks-xanımı milyarderə ərə gedir
524 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hörümçək adam”ın baş rol ifaçısı Tobi Maquayrın keçmiş həyat yoldaşı, 47 yaşlı Cennifer Meyer ailə qurur.

Axşam.az xəbər verir ki, o, özendən 14 yaş kiçik nigeriyalı milyarder Cefri Oqunles ilə nikah masasına əyləşməyə hazırlaşır.

Cennifer bu barədə sosial media hesabında yazıb və evlilik təklifinə "Hə" cavabı verdiyini yazıb.

Qeyd edək ki, 49 yaşlı Tobi hazırda 20 yaşlı model-aktrisa Lili Çi ilə münasibətdədir.

Tobi 2007-2016-cı illərdə Cenniferlə evli olub, 2 övladı var.