Dilan Polat həbsxanada həyat yoldaşını ziyarət etdi - Video

Dilan Polat həbsxanada həyat yoldaşını ziyarət etdi - Video
4511 dəfə oxunub
  • A-
  • A
  • A+

Azadlığa buraxılan məşhur türkiyəli fenomen Dilan Polat həbsxanada olan həyat yoldaşı Engin Polatı ziyarət edib.

Axşam.az xəbər verir ki, görüntüləri "2.sayfa" yayımlayıb. O, müxbirlərin suallarını cavabsız qoyub. 

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.