Mehriban Əliyeva Lamiyə Vəliyevanı təbrik etdi - Fotolar

Mehriban Əliyeva Lamiyə Vəliyevanı təbrik etdi - Fotolar
1335 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Lamiyə Vəliyevanı “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

Axşam.az xəbər verir ki, o, bu haqda instaqram hesabında yazıb.

“Ura! Növbəti qələbəmiz!

Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm”, - paylaşımda qeyd olunub.