15 gün əvvəl xəstəxanaya yerləşdirilən aktyor vəfat etdi

15 gün əvvəl xəstəxanaya yerləşdirilən aktyor vəfat etdi
1555 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Umut Avcı vəfat edib.

Axşam.az xəbər verir ki, 15 gün əvvəl beynindəki qan laxtalanması nəticəsində xəstəxanaya yerləşdirilən 44 yaşlı aktyor ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Umut “Hep yek”, “Ver kaç” ve “Ailece şaşkınız” kimi filmlərdə rol alıb. O, son olaraq "TRT 1"də yayımlanan "Kıbrıs: Zafere doğru" (əvvəlki adı “Bir zamanlar Kıbrıs” - red.) adlı serialda "Hamit" adlı sürücüyə həyat verib.