Aparıcı Samirə Mustafayeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir araya gəlib.
Axşam.az xəbər verir ki, bu barədə aparıcı özü paylaşım edib. O, birlikdə olan fotolarını sosial şəbəkədə paylaşıb.
Samirə bildirib ki, Qırğızıstanın Azərbaycandakı səfirliyinin bayram tədbirində Leyla Əliyeva ilə bir araya gəliblər.
Qeyd edək ki, S.Mustafayeva bir müddət əvvəl AzTV-dəki fəaliyyətinə son qoyub. O, hazırda başqa bir şirkətdə çalışır.