Türkiyəli aktrisa Alina Boz ana olacağı ilə bağlı iddialara ilk dəfə münasibət bildirib.
Axşam.az xəbər verir ki, aktrisa çıxan məlumatları təkzib edib.
"Hazırda planlarımızda elə bir şey yoxdur. Vaxtı gələndə, inşallah olacaq" deyə, Alina bildirib.
Qeyd edək ki, Alina və Umut ötən il ailə qurub.