Durovun sevgilisindən ilk açıqlama

Durovun sevgilisindən ilk açıqlama
709 dəfə oxunub
  • A-
  • A
  • A+

Teleqramın qurucusu Pavel Durovun sevgilisi olduğu iddia edilən kriptokoç Yuliya Vavilova Fransada həbs olunduqdan sonra ilk dəfə paylaşım edib.

Axşam.az xəbər verir ki, o, instaqram səhifəsində Parisdən bir neçə foto qoyub və hər kəsə dəstəyə görə təşəkkür edib.

“Əziz dostlar, yeni dostlar və mənim ailəm, dəstəyinizə görə minnətdaram. Hər şeyin qaydasında olduğunu bildirməkdən şadam” deyə, o, paylaşımında yazıb.

Yuliya həmçinin “haqqında çoxlu yalan məlumatlar yayıldığından” şikayətlənərək, bu barədə sonradan şərh verəcəyini vəd edib.

Xatırladaq ki, Yuliya Vavilova 39 yaşlı Pavel Durovla birlikdə avqustun 24-də Paris hava limanında saxlanılıb. O, dindirildikdən sonra sərbəst buraxılıb.