Rusiyanın Əməkdar artisti vəfat etdi

Rusiyanın Əməkdar artisti vəfat etdi
343 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Əməkdar artisti Leonid Okunev vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor 75 yaşında Tümendə dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Leonid tamaşaçılara "Qızıl buzov" filmindəki rolu ilə tanışdır. O, 2022-ci ildə Tümenin fəxri vətəndaşı adını alıb.

Okunev "Dövrümüzün qəhrəmanı", "Həvari", "Tutqun çay", "Karamazov qardaşları" və "Dostoyevski" kimi seriallarda oynayıb. O, həmçinin Vladimir Xotinenkonun “Vətənpərvərlik komediyası” və “Makarov” filmlərində rol alıb. Aktyor 2003-cü ildə “Şlıpax haqqında həqiqət” filmindəki roluna görə Kinotavr festivalında mükafata layiq görülüb.