Türkiyəli aktrisa Sinem Uslunun yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki. aktrisa "Annem Ankara" serialına çəkiləcək. O, "Nazan" obrazı ilə izləyicilərin qarşısına çıxacaq. Aktrisa həmkarı Mehmet Günsürün qeyri-rəsmi münasibətdə olduğu qadını canlandıracaq.
Qeyd edək ki, serialın baş rol ifaçısı aktrisa Bergüzar Koreldir.
Sinem son olaraq "Bir sevdadır" serialında çəkilib.