Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton xərçəng xəstəliyi ilə bağlı müalicəsini başa vurduğunu elan edib.
Axşam.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində məlumat yayıb.
Şahzadə əlavə edib ki, indi xərçəngdən qorunmaq üçün əlindən gələni etməyə hazırdır:
"Kimyaterapiyanı başa vurmağıma baxmayaraq, tam sağalma yolum uzundur və mən hər gün həyatdan həzz almağa davam etməliyəm".
O, yaxın aylarda bəzi ictimai işlərə qayıdacağını da vurğulayıb.
Qeyd edək ki, Uels şahzadəsi Ketrin bu ilin əvvəlində xərçəng xəstəliyinə tutulduğunu və profilaktik kimyaterapiyadan keçdiyini açıqlamışdı.