Narinin tabutunun üzərinə gəlinlik qoyulmasını tənqid etdilər - Fotolar

Narinin tabutunun üzərinə gəlinlik qoyulmasını tənqid etdilər - Fotolar
6292 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə günlərdir itkin düşdükdən sonra cəsədi tapılan 8 yaşlı Narinin dəfni müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, buna münasibət bildirənlər arasında türkiyəli məşhurlar da yer alıb. Belə ki, Narinin dəfn edilərkən tabutunun üzərinə gəlinliyin qoyulması tənqid olunub. Sosial media izləyiciləri və məşhurlar o yaşda uşaq üçün rəmzi olaraq gəlinlik deyil, məktəbli forması, oyuncağın daha uyğun olduğunu bildiriblər.

3 qız anası olan aktrisa Bergüzar Korel sosial media hesabında bu ifadələri yazıb:

"Niyə məktəbli forması və ya oyuncaq yerinə gəlinlik? 8 yaşlı günahsız uşağın tabutuna gəlinlik qoymaq əngəl olmaq istədiyimiz mentalitetin özüdür".

Ötən il oğlu dünyaya gələn aktrisa Ezgi Mola isə açıqlamasında "Tabutun üstünə oyuncaq, məktəbli forması qoymalı idilər. Balaca bir uşağı gəlin kimi görmələrini rəzalət hesab edirəm" deyə, bildirib.