Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
502 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ulduz müharibələri" filmində "Dart Veyder"i səsləndirən amerikalı aktyor Ceyms Erl Cons vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor 94 yaşında Nyu-Yorkda dünyasını dəyişib. Sənətçinin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ceyms "Barbar Konan" (1982), "Sommersby" (1993), "Amerikaya səyahət" (1988) filmlərində rol alıb. O, "Kral şir" (1994) və "Kral şir 2: Simbanın qüruru" (1998) cizgi filmlərində isə "Mufasa"nı səsləndirib.

Cons 1971-ci ildə "Böyük ağ ümid" (1970) filmindəki roluna görə "Oskar" mükafatına namizəd olub. 2012-ci ildə kinoda görkəmli nailiyyətlərinə görə fəxri "Oskar" alıb. Aktyor eyni zamanda "Qızıl Qlobus", 2 "Emmi" və "Toni" mükafatına layiq görülüb.