Xəbər verdiyimiz kimi, müğənni Aysel Əlizadə istirahət üçün İndoneziyaya yollanıb.
Axşam.az-ın məlumatına görə, balidə dincələn ifaçı yeni fotolarını instaqram izləyiciləri ilə bölüşüb.
Aysel fotolarına "Allahın sirri sənsən, qəlbinə səyahət et. Harada gözəllik, səmimiyyət, inam, təbəssüm, işgüzarlıq, məsuliyyət hissi, qayğı, xoşniyyətlik varsa, kin-küdurət, paxıllıq, pisniyyətlik yoxdursa, orada sevgi böyük ürəklə var. İlk yaradanı, sonra özümüzü sevək. Sonra bütün varlığı" sözlərini yazıb.