Bir ildən sonra rəsmən boşandılar

Bir ildən sonra rəsmən boşandılar
1422 dəfə oxunub
  • A-
  • A
  • A+

"Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conas rəsmi şəkildə boşanıb.

Axşam.az xəbər verir ki, cütlüyün bir ildir uşaqlarının qəyyumluğuna görə uzanan boşanma prosesi yekunlaşıb. Qərara əsasən ikilinin qızları növbəli şəkildə valideynləri ilə qalacaq.

Qeyd edək ki, Sofi və Co 2019-cu ildə evlənib. Onların iki qız övladı var.

Conun adı aktrisa Demi Murla, Sofi isə britaniyalı aristokrat Pereqrin Pirsonla münasibətdədir.