Türkiyəli aktrisa Tuvana Türkayın yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisa "Teşkilat" adlı layihədə rol alacaq. O, "Keyt" adlı agenti canlandıracaq. Bundan başqa, layihədə aktyor Ushan Çakır da çəkiləcək. O, Tuvananın köməkçisi "Makinist" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, Tuvana son olaraq "Selahattin Eyyubi"də, Ushan isə "Kül masalı"da rol alıb.