Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı, Əməkdar artist Kristina Orbakayte bundan sonra ölkəsində konsert verə bilməyəcək.
Axşam.az xəbər verir ki, bu haqda müğənni özü açıqlamasında deyib. "RTVI" kanalına müsahibə verən Orbakayte hətta bir neçə konsertinin təxirə salındığını söyləyib.
O, sonuncu dəfə bu ilin martında Sankt-Peterburqda çıxış edib. Ondan sonra planlaşdırılan Krasnoyarsk, Bratsk, İrkutsk, Ulan-Ude, Vladivostok, Blaqoveşensk və Xabarovskda - ləğv edilib.
Kristina deyib ki, Sankt-Peterburqdakı çıxışı bir növ final konserti olub. Onun sözlərinə görə, həmin konsertə onun və Alla Puqaçovanın pərəstişkarları gəlib.
Orbakaytenin Beynəlxalq Qadınlar Günü şərəfinə Kreml Sarayında konsertdə iştirakı da ləğv edilənlər sırasında yer alıb.
Qeyd edək ki, Kristina ailəsi ilə birlikdə uzun müddətdir Amerikada yaşayır. Orbakatte Rusiyanın Ukraynaya qarşı hərbi hücumlarını pisləyənlər arasında yer alıb. Bu hadisədən sonra isə Alla Puqaçova uşaqları və əri, teleaparıcı Maksim Qalkinlə birlikdə Rusiyanı tərk edib.