Tanınmış rusiyalı telejurnalist Nikolay Svanidze vəfat edib.
Axşam.az xəbər verir ki, jurnalist ötən gün 69 yaşında dünyasını dəyişib.
O, bir neçə ildir beyin işemiyasından əziyyət çəkirdi.
Qeyd edək ki, Svanidze "Zerkalo" proqramının müəllifi olub. O, “Təfərrüatlar”, “Təzadlar”, “Zaman məhkəməsi”, “Tarixi proses” verilişlərinə aparıcılıq edib.