Fırıldaqçılar tərəfindən aldadılan Rusiyanın Xalq artisti Larisa Dolinaya Moskvanın mərkəzində mənzil hədiyyə edilib.
Axşam.az xəbər verir ki, bu addım ifaçının pərəstişkarlarından biri tərəfindən atılıb. Onun kim olduğu açıqlanmayıb.
Qeyd edək ki, Larisa Moskvada elit bir mənzil satıb və əməliyyatdan böyük məbləği naməlum şəxsin hesabına köçürüb. Məbləğin 180 milyon rubl olduğu bildirilib. Bundan sonra o, məhkəməyə müraciət edib.