"Ferit"in sevgilisini canlandıran aktrisadan tənqidlərə cavab

"Ferit"in sevgilisini canlandıran aktrisadan tənqidlərə cavab
6028 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Yalı çapkını" serialında aktrisa Pelin Akil də rol alacaq.

Axşam.az-ın məlumatına görə, aktyor Mərd Ramazan Dəmirin canlandırdığı "Ferit"in sevgilisi "Diyar" obrazına həyat verəcək olan aktrisa sosial media seqmentində tənqidlərə tuş gəlib. O, ilk dəfə yazılanlara münasibət bildirib:

"Bu, hekayə, ssenaridir. Mən də aktrisayam. Özlərini bunun tam əksinə həddindən çox inandırıblar. Sizi çox sevirik, işimizi görürük. Bunu belə ciddi qəbul etməyin. Bu qədər tənqidlə qarşılanacağını gözləmirdim".

Qeyd edək ki, serialın digər baş rolunu Mərdin bir müddət əvvəl ayrıldığı eks-sevgilisi Afra Saraçoğlu canlandırır.