Bu gün Xalq artisti Brilliant Dadaşovanın doğum günüdür.
Axşam.az xəbər verir ki, müğənni özəl günündə ağ dekolteli libasda çəkdirdiyi fotolarını izləyiciləri ilə bölüşüb.
O, paylaşımına "Bü gün nəhayət 1677 yaşım tamam oldu. Məni təbrik edin. Sizi sevirəm" sözlərini yazıb.
Qeyd edək ki, bəzi mənbələrdə ifaçının 59, bəzilərində isə 65 yaşı olduğu yazılıb. Brilliant Dadaşova Rus Dram teatrının rəhbəri Ədalət Hacıyevlə ailəlidir. Onların Cahad adlı bir oğlu var.