Xalq artisti Elçin Əzizovun oğlu Cəmilin ad günü olub.
Axşam.az xəbər verir ki, opera ifaçısı övladı ilə bağlı paylaşım edib. O, oğlunun şəkillərinə "Ad günün mübarək, mənim hər şeyim" qısa şərhini yazıb.
E.Əzizovun xanımı Həmidə Məlikova da oğlunun görüntülərini yayımlayaraq "Ad günün mübarək, Cəmil. Sən xoşbəxtlik, həyat, havasan. Hər zaman sağlam ol. Arzularını gerçəkləşdir" sözlərini yazıb.