Bu gün Azərbaycanda 2024-2025-ci tədris ilinin ilk dərs günüdür.
Axşam.az xəbər verir ki, bir çox məşhur da övladını birinci sinfə yola salıb. Onlardan biri də müğənni Elvin Abdullayevdir.
Sənətçinin oğlu Səid birinci sinfə gedib. Elvin oğlu ilə olan fotosunu "Gözümün işığı, ilk dərs ilin uğurlu olsun. Səhərə qədər yatmayıb ki, ata, məktəb istəyirəm" şərhini yazıb.
Qeyd edək ki, Afət adlı xanımla ailəli olan Elvinin iki oğul övladı var.