Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırlanan yeni səhnə işi – “İblis və...” tamaşasının Sankt-Peterburqda – Aleksandrinski Teatrında premyerası keçirilib.
Axşam.az xəbər verir ki, ilk dəfə baş verən hadisədə azərbaycanlı aktyorlar səhnəyə çıxıb. Onlar arasında aktyor Ziya Ağaya baş rol həvalə edilib.
Aktyorun çıxış zamanı başına iş gəlib. Belə ki, səhnədə Ziyanın dizi çıxıb. Amma buna baxmayaraq sənətçi tamaşanı yarımçıq tərk etməyib. O, dizini oyun zamanı dizini yerinə salaraq, çıxışına davam edib.