Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib.
Axşam.az xəbər verir ki, “Formula 1” Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, iş adamı Flavio Briatore ilə Bakıda görüşüb.
Naomi Kempbell həmçinin dostu, "Formula 1" pilotu Lyuis Hemiltonla da paytaxda bir araya gəlib.
Qeyd edək ki, 2000-ci ildə nişanlanan Naomi və Flavio 2 il sonra münasibətlərini sonlandırıb. 150 milyon dollar sərvəti olan Flavio "Formula 1" meneceri kimi tanınır.