Mərhum əfsanəvi fransız aktyoru Alen Delonun ölümündən bir ay sonra qızı Anuşka Delon sosial media hesabında onunla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, o, atasının əvvəllər heç dərc olunmayan kadrlarını yayımlayıb.
“Sənsiz bir ay. Əlim sənin əlində olmadan. Bu, axıra qədər belə olacaq... Nəvənin sənin üçün darıxmasından bir ay keçib. Sən həyatımda mənə hər şeyi öyrədən birinci şəxssən... Avqustun 18-də necə də gözəl deyilib: “Delon ölməyib. O, əbədiyyətə qovuşub".
Qeyd edək ki, fotoların əksəriyyəti Alen Delonun həyatının son illərində çəkilib.
Onu da qeyd edək ki, "Sezar" mükafatlı aktyor son illər nadir hallarda ictimaiyyət qarşısına çıxırdı. Bir neçə il əvvəl insult keçirən sənətçi alsheymer xəstəliyindən əziyyət çəkirdi.
Mərhum aktyor “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” kimi filmlərdəki obrazları ilə yadda qalıb.