Türkiyəli aktyorlar Serkan Keskinlə Meriç Aralın bu gün toyudur.
Axşam.az xəbər verir ki, cütlüyün İstanbulda keçiriləcək xoş günündən görüntülər sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, aktyorlar ağır iş qrafiki səbəbindən 3 dəfə toylarını təxirə salmışdılar.
***
Türkiyəli aktyorlar Serkan Keskinlə Meriç Aralın nikahından sosial şəbəkədə fotolar yayılıb.
Cütlük jurnalistlərə müsahibəsində bildirib ki, işləri çox olduğu üçün toydan sonra bal ayına getməyəcəklər.
Aktyorların toyunda həmkarları da iştirak edir.