Xankəndi şəhərində illər sonra ilk toy mərasimi başlayıb.
Axşam.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimidir
Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçirilir.
Qeyd edək Kərimlilər ailəsi Şuşa şəhərində yaşayırlar. Bəy, gəlin və onların ailə mərasimi keçirilən zala gəlməzdən öncə Şuşa şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, Cıdır düzündə gəzintiyə çıxıb, daha sonra toy keçiriləcək restorana gediblər.