Amerikanın Klirfild şəhərində 12 yaşlı Rozili Olson adlı qızın çəkdiyi rəsmin əsasında uşaq meydançası tikilib.
Axşam.az xəbər verir ki, bu barədə "Standard-Examiner" məlumat yayıb.
Məktəbli qız kiçik bacıları üçün ideal olan oyun meydançasının planını cızıb. Rozilinin konsepsiyası məkanın kiçik uşaqlar üçün təhlükəsizliyi olub.
12 yaşlı qızın fikrincə, mövcud park daha yaşlı auditoriyaya aid olduğu üçün yeni bir variant çəkərək onu anasına göstərib.
Enni Olson qızının ideyasını bəyənib və bu barədə yerli hakimiyyət orqanlarına məlumat vermək qərarına gəlib.
Nümayəndələr Roziliyə qulaq asdıqdan sonra həqiqətən də şəhərdə yeni meydança yarada biləcəklərinə qərar veriblər.
Klirfild rəhbərliyi dizaynerləri cəlb etmək əvəzinə məktəbli qızın rəsmlərindən istifadə edib.
Meydançanın açılışında iştirak edən 12 yaşlı qız "Bura çox gözəldir" sözlərini deyib.