Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları muğam ifaçısı Kamilə Nəbiyevanın toy məclisinə qatılıblar.
Axşam.az xəbər verir ki, müğənnilər gecədə mahnılar oxuyub, səbəbkarları təbrik ediblər.
Gülyaz və Gülyanaq mahnı oxuyarkən uzun yasəmən rəngi libasdan istifadə edib. Gülyaz və Gülyanaq daha sonra geyimini dəyişib.Onlar məclisədə iki fərqli geyimdən istifadə ediblər.
Qeyd edək ki, Kamilə prodüser Pərvin Fətəliyevlə ailə qurub.
Foto: Orxan Şərəfxanov