“Canım Azərbaycanım” layihəsindən ilk klip

“Canım Azərbaycanım” layihəsindən ilk klip
2239 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Nail Naiboğlu “Canım Azərbaycanım” adlı layihəyə start verib.

Axşam.az-ın məlumatına görə, o, layihə çərçivəsində vətənpərvərlik mövzusunda kliplər ərsəyə gətirəcəyini bildirib:

“Son günlər cəbhədə baş verən atışmada bir neçə əsgərimiz şəhid oldu. Bu da bütün xalqın əhval-ruhiyəsini pis etdi. Buna görə də vətənpərvərlik mövzusunda kliplər çəkmək qərarına gəldim. İnsanların əhvalını bir az da olsa düzəltməyə can atıram. “Canım Azərbaycanım” adlanan layihədə ilk klip Müslüm Maqomayevin “Azərbaycan” mahnısının instrumental versiyasına çəkildi. Bu versiyanı gitara ifaçısı Mehdi səsləndirib. Düşünürəm ki, hər kəs bu ərəfədə sosial şəbəkələrdə dava edib, şou yaratmaqdansa, işi ilə məşğul olsa daha yaxşıdır”.