Füzuli Şəhəri Günündə əslən Füzuli rayonundan olan müğənni və ifaçıların iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Axşam.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bilidirib. Qeyd edib ki, nazirlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə rəngarəng mədəni-kütləvi tədbirlər təşkil olunur.
Sonra söz musiqiçilərə verilib. Konsertdə müğənnilər - Zamiq Hüseynov, Eldəniz Məmmədov, Elnur Məmmədli, Könül Məmmədli, Zemfira İbrahimova, Orxan Hüseynli, instrumental ifaçılar - kamançaçı Pərviz Fərhadov, tarzən Ədalət Behbudov, gitaraçı Rəhman Məmmədli, pianoçu Tural Məmmədlinin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.
Konsert proqramı alqışlarla qarşılanıb.