Türkiyənin ən böyük sərmayə obyektlərindən biri olan İstanbulun Tersane adlı məkanında yerləşən Rixos Tersane İstanbul şəhərinin qonaqlarını qarşılamağa hazırdır.
25 illik təcrübəsi ilə turizm sənayesində lider mövqe qazanmış Rixos qrupunun flaqmanı olan “Rixos Tersane İstanbul” artıq açılıb. Rixos Hotellərinin İdarə Heyətinin sədri Fettah Tamince bu sərmayədən çox məmnun olaraq onu belə dəyərləndirib:
“İstanbulun mədəni həyatının ən dəyərli elementlərini əks etdirən, şəhərin 600 illik tarixini yenidən canlandırırıq və sənaye irsi olan, lakin uzun illər boş qalan bu məkanı müasir yaşayış sahəsinə çevirərək İstanbul sakinlərinə qaytardıq. Layihənin ilk mərhələsi nümunəvi ekoloji yanaşmadan istifadə edilməklə başa çatdırılıb. Yenidən şəhərin yaddaşının bir parçası olmağa hazırlaşan bu unikal bölgədə açdığımız “Rixos Tersane İstanbul” şəhər hotellərinin idarəçiliyinə tamamilə yeni bir perspektiv gətirəcək. Bu, iqtisadiyyata və məşğulluğa böyük töhfə verəcək. “Rixos Tersane İstanbul”da bu köklü mədəni irsin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacaq”.
Rixos Qrupunun Flaqman Layihəsi: Rixos Tersane İstanbul
3 qitədə 8 ölkədə sərmayələri olan Rixos qrupunun flaqmanı “Rixos Tersane İstanbul” 432 otağa sahibdir. “Rixos Tersane İstanbul”da tarixi, mədəniyyəti və incəsənəti birləşdirən gəmi formalı daxili dekor, ləzzətli qida təəssüratları vəd edən restoran və barlar, şəhərin mərkəzində təmiz hava və Altın Boynuza açılan bənzərsiz mənzərə təqdim edir. Bölgənin tarixi teksturası ilə ahəngdar şəkildə vəhdət təşkil edən memarlığı, şəhər mərkəzinə yaxınlığı və tarixi yarımadanın mənzərəsi ilə yerli və xarici turistlərin cazibə mərkəzinə çevriləcək. “Rixos Tersane İstanbul”a dəniz yolu ilə də asanlıqla daxil olmaq mümkün olacaq.
Geniş və möhtəşəm tədbir məkanlarına malik hotel İstanbulun bənzərsiz tarixini müasir həyatla birləşdirəcək, “Tersane Balo Salon” və “Tersane İstanbul Event Hall”da bir çox yerli və beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi edəcək.