Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova sosial media hesabındakı paylaşımı ilə diqqət çəlkib.
Axşam.az xəbər verir ki, aktrisa İstanbulda keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində təşkil olunan konsertdə iştirak edib. O, tədbirdə çıxış edən Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Dilarə Əliyeva və digər sənətçilərlə bir araya gəlib.
Qeyd edək ki, tədbirdə həmçinin, Xalq artisti, balaban ustası Əlixan Səmədov, Əməkdar artist Turan Manafzadə, Azərbaycan Mədəniyyət Mərkəzinin solisti Vüsalə Əsgərova, müğənni Çinarə Məlikzadə, tarzən Abdullah Qurbani, kamança ustası Möhsün Qurbani, aşıq Arzu Qurbani, tarzən Pərviz Musayev, eləcə də Vüsalə Əsgərova və “Güneşmüzik” rəqs-xor qrupunun ifasında milli mahnılarımız səsləndirilib.
D.Əliyevanın təqdimatında "Azərbaycan-Türkiyə Qardaşlığı" monoloqu səsləndirilib.