İlhamə Quliyevaya görə bir araya gəldilər - Fotolar

İlhamə Quliyevaya görə bir araya gəldilər - Fotolar
1370 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Xalq artisti İlhamə Quliyevanın xatirə gecəsi keçirilib. 

Axşam.az xəbər verir ki, rejissor Nail Naiboğlunun təşkilatçılığı ilə baş tutan konsertdə müğənni İ.Quliyevanın mahnılarını səsləndiriblər. 

Gecədə Əməkdar artist Rəşad İlyasov "Yaşın nə fərqi var ki...", Elza Seyidcahan "Ağ çiçəyim", müğənnilər Nadir Qafarzadə "Yalan", Xatun "Sevgi dünyamız", İlkin Dövlətov və Leyla Rəhimova "Ağla", Samirə Rəcəbli "Göy-göl" mahnılarını səsləndiriblər. 

Nail bildirib ki, İ.Quliyevanın vəfatından sonra ilk xatirə gecəsini özü təşkil edib.

Şair, bəstəkar Xanım İsmayılqızı çıxış edərək "Bu gün İlhamə Quliyevanın ruhunun işığına yığışmışıq. O, elə sənətkardır ki, həm sağlığında, həm də dünyasını dəyişəndən sonra ürəklərdən taxt qurub. Özü deyirdi ki, mən mahnı oxumuram, əsər yaradıram. Sənət bir ağac kimidir. Onun kökü, gövdəsi, yarpaqları var. İlhamə xanım bu sənətin gövdəsidir" sözlərini deyib. 

Foto: Orxan Şərəfxanov