Bu kənddə insandan çox gəlincik var - Fotolar

Bu kənddə insandan çox gəlincik var - Fotolar
1023 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaponiyanın İçinono kəndi artıq iyirmi ildir yox olmaq ərəfəsindədir. Demək olar ki, bütün gənclər qəsəbəni tərk ediblər. Yerdə qalan sakinlər isə boşluq problemini gözlənilməz şəkildə həll ediblər.

Axşam.az xəbər verir ki, bu barədə “Japan Today” məlumat yayıb. Belə ki, sakinlər kəndin hər yerinə gəlinciklər qoyublar. Onlar bununla İçinonoda canlı həyat görünüşü yaratmağa çalışıblar.

Gəlinciklər oyun meydançasında yelləncəklərdə “yellənir”, evlərə odun “daşıyır”, hətta velosiped “sürür”.

Hazırda kənddə olan gəlinciklərin sayı burada yaşayan insanlardan çoxdur.