Rusiyanın məşhur cütlüyü Anjelika Varum və Leonid Aqutin ötən gün Bakının qonağı olub.
Axşam.az xəbər verir ki, müğənnilər Heydər Əliyev Sarayında konsert veriblər. Cütlük gecədə sevilən mahnılarını səsləndiriblər.
Onlar arasında Aqutin və Anjelikanın 1990-cı illərdə hit olan mahnıları ilə yanaşı, yeni bəstələr də yer alıblar.
Anşlaqla keçən gecədə sənətçilər mahnılarını tamaşaçılarla birlikdə oxuyublar.
Foto: Ramin Aslanov