Bu gün Əməkdar artist Rəşad İlyasovun ad günüdür.
Axşam.az xəbər verir ki, 50 yaşı tamam olan müğənni bu münasibətlə fotosessiya etdirib. O, müxtəlif obrazlarda ifa etdiyi musiqi alətləri - qanun və udla kamera qarşısına keçib.
"Yubileyim mübarək! Gecələri saymasaq, 25 yaşım tamam olur" deyə, sənətçi sosial media hesabında yazıb.
Qeyd edək ki, Gülnarə İlyasova adlı xanımla ailəli olan R.İlyasovun 2 övladı var.