Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov “44” filminin çəkiliş meydançasında olublar.
Axşam.az xəbər verir ki, onlar aktyorlarla görüşüb, fotolar çəkdiriblər.
Filmin baş rol ifaçılarından olan türkiyəli aktrisa Özge Gürel də Arzu Əliyeva ilə bir araya gəlib.
Qeyd edək ki, Özgenin tərəf müqabili İbrahim Çingizdir.