Niyam: “Rəhimin mahnısı getsin dincəlsin” - video

Niyam: “Rəhimin mahnısı getsin dincəlsin” -  video
1717 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Niyam Səlami “Maşallah” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, sənətçinin səsləndirdiyi nəğmə hind bəstəsidir. Mahnının sözlərini Azər Şirin Azərbaycan dilində yazıb. N.Səlami repertuarında bu günə kimi belə bir bəstənin olmadığını bildirib. O, “Maşallah”ın yeni işıq üzü görən hitləri kölgədə qoyacağını iddia edib. İfaçı hazırda ən çox dinlədiyi mahnılardan da danışıb:

“Son vaxtlar Rəhim Rəhimlinin “Bir zamanlar” mahnısına qulaq asıram. Çox bəyənirəm. İndi də öz “Maşallah”ım xoşuma gəlir. Rəhimin eyniadlı “Ay Maşallah” mahnısı getsin dincəlsin. Mənim ifam ondan gözəldir”.