Ebru Gündeş boşanır?

Ebru Gündeş boşanır?
621 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin fevralında özündən 12 yaş kiçik iş adamı Murad Özdemirlə Dubayda nikah masasına əyləşən müğənni Ebru Gündeş yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlüyün boşanacağı iddia edilib. Bildirilib ki, Ebru ilə Murad arasında dava düşüb. Bundan sonra Murad Dubaydan ayrılaraq İstanbula qayıdıb. 

Qeyd edək ki, bir müddət əvvəl onların boşanacağı iddia edilsə də Ebru xəbərləri təkzib etmişdi.

E.Gündəş 3 dəfə ailə qurub və boşanıb. Onun keçmiş həyat yoldaşı, Cənubi azərbaycanlı iş adamı Reza Zarrabdan bir qızı var. Onlar qalmaqallı şəkildə boşanıblar. 

Murad iki dəfə evli və 3 övladı var.