Qara qutu artıq açılıb

Qara qutu artıq açılıb
3327 dəfə oxunub
  • A-
  • A
  • A+

"Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib".

Axşam.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti İlham Əmirov hava limanındakı vida mərasimində deyib.

O bildirib ki, qara qutu artıq açılıb oxunur:

"İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir", - o deyib.

İlham Əmirov əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.