Nejat İşlər ekranlara qayıdır - video
Türkiyəli aktyor Nejat İşlər yeni bir serialla ekranlara qayıdır.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, o, sentyabrda “Kanal D”-də yayımlanacaq iddialı seriallardan biri – “Mənim adım Gültəpə”də fondakı mətni səsləndirəcək.
Ayça Bingöl və Mete Horozoğlunun baş rolda çəkildikləri serialın ilk video-çarxı indidən böyük maraq doğurub.
Qeyd edək ki, ağciyər infeksiyası və nəfəs çatışmazlığı səbəbindən septik şok keçirən və 95 gün reanimasiyada yatan N.İşlərin bu müddətdə qan dövranınının pozulması səbəbindən sağ əl barmaqlarında göyərmələr başlamış və onlar amputasiya edilmişdi.