“Teen Choice Awards-2014” mükafatalandırma mərasimində ulduzların axını olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni Teylor Svift “Ən yaxşı kantri ifaçısı” adına layiq görülüb.
Gecəyə Cennifer Lopez, Kendall Cenner, Selena Qomez və digər tanınmış ifaçılar da qatılıb. Cennifer qısa donu ilə mərasimin ən diqqətçəkən siması olmağı bacarıb. O, yaşıl libası ilə cazibədar ayaqlarını nümayiş etdirməkdən çəkinməyib.