Aygün və Röyanın illər öncəki videosu yayıldı
Xalq artisti Aygün Kazımovanın illər əvvəl lentə alınmış videosu ortaya çıxıb.
Axşam.az-ın məlumatına görə, həmin video prodüser Sayqa Cahidin “Space” radiosunda aparıcılıq etdiyi “Poçtalyon” verilişində çəkilib. Proqramın qonağı olan A.Kazımova özü ilə bəstəkar Vaqif Gərayzadənin “W-trio” qrupunu da gətirib. Həmin vaxt isə qrupda Röya Ayxan, Natavan Həbibi və Elnarə Xəlilova fəaliyyət göstərib.
A.Kazımova ilə Röyanın mehriban münasibəti diqqətdən qaçmayıb. Sözügedən videonu təqdim edirik.
Qeyd edək ki, hazırda adıçəkilən ifaçıların hamısı bir-biri ilə küsülüdür.