Tanınmış aktyor ev dustağı olacaq

Tanınmış aktyor ev dustağı olacaq
853 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov azadlığa buraxılıb.

Axşam.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Həsənağa Məmmədov istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib: 

“Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi”.

Qeyd edək ki, Həsənağa Məmmədov tanınmış aktyordur və Azərbaycanda istehsal edilən bir çox serial və filmdə iştirak edib. O, əsasən Həsən Ağa adı ilə tanınır.